İstifadəçi Şərtləri

1. Ümumi Qaydalar

MOTO PARK platformasına (bundan sonra "Sayt") daxil olmaqla və istifadə etməklə siz bu istifadəçi şərtlərini qəbul etdiyinizi təsdiqləyirsiniz. Əgər şərtlərlə razı deyilsinizsə, saytdan istifadə etməməyiniz xahiş olunur.

2. Elan Yerləşdirilməsi

Saytda yerləşdirilən bütün elanlar (motosiklet, kask, aksesuar, ehtiyat hissəsi) həqiqəti əks etdirməlidir. Saxta, qeyri-qanuni və ya reallığa uyğun olmayan elanlar xəbərdarlıq edilmədən silinəcək və həmin istifadəçinin hesabı bloklanacaqdır.

3. Ödənişlər və Xidmətlər

Sayt daxilində təqdim olunan VİP və İrəli Çək kimi ödənişli xidmətlər üçün edilən ödənişlər geri qaytarılmır (sistem xətaları istisna olmaqla). Elanın silinməsi və ya vaxtının bitməsi ödənişin geri qaytarılmasına əsas vermir.

4. Məsuliyyətin Məhdudlaşdırılması

MOTO PARK yalnız alıcı və satıcı arasında vasitəçi platformadır. Saytda yerləşdirilən məhsulların keyfiyyəti, zəmanəti və alqı-satqı prosesi zamanı yarana biləcək hər hansı bir problemə görə MOTO PARK məsuliyyət daşımır.